Bakı. Trend:
2025-ci ilin ilk üç ayı ərzində Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığorta hesabına 2681 cərrahi əməliyyat həyata keçirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, icbari tibbi sığorta ilə ən çox icra edilən əməliyyatlar ümumi cərrahi xidmətlərdir ki, ilk üç ayda 1017 ümumi cərrahi xidmət göstərilib.
Əlavə olaraq ilk üç ayda göstərilən cərrahi xidmətlərin 900-ü ginekoloji cərrahi, 395-i oftolmoloji cərrahi, 265-i kardioloji cərrahi, 104-ü isə travmatoloji cərrahi xidmətlərə aitdir.