...

Ötən il azad olunan ərazilərdə 59 mindən çox mina və PHS zərərsizləşdirilib

Cəmiyyət Materials 5 Yanvar 2026 15:18 (UTC +04:00)
Ötən il azad olunan ərazilərdə 59 mindən çox mina və PHS zərərsizləşdirilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azad olunan ərazilərdə 2025-ci il ərzində 1861 tank əleyhinə mina, 4 min 963 piyada əleyhinə mina, 52 min 392 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Trend xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, 69 205,7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti