...

BOKS ÜZRƏ YIĞMAMIZ DÜNYA KUBOKUNDA DÖYÜŞ TƏRKİBİNDƏ ÇIXIŞ EDƏCƏK

Cəmiyyət Materials 7 İyul 2005 13:37 (UTC +04:00)

Boks üzrə Azərbaycan yığmasının məşqçi ştabı iyulun ortalarında Moskvada keçiriləcək dünya Kubokunda iştirak edəcək komandanın tərkibini açıqlayıb.

Trend agentliyinin verdiyi məlumata əsasən, komandanın tərkibinə Ceyhun Əbiyev (48 kq), Samir Məmmədov (51 kq), Elşən İsmayılov (54 kq), Şahin İmranov (54 kq), Ramal Amanov (60 kq), Emil Məhərrəmov (64 kq), Ruslan Xairov (69 kq), Cavid Tağıyev (75 kq), Anar Mirzəyev (81 kq), Vüqar Ələkbərov (91 kq) və Elçin Əlizadə daxildirlər. Bu idmançılardan başqa, komandada Elşad Quliyev (51 kq) və Fərhad Əcəlov (51 kq) ehtiyat oyunçular kimi çıxış edəcəklər. Hazırda kollektiv qarşıdakı nüfuzlu starta uğurla başlamaq üçün olimpiya bazasında oyunlar keçirir.

Xatırladaq ki, Kubok uğrunda oyunlarda Ukrayna, Belorusiya, Rumıniya, Kuba, ABŞ, Puerto-Riko, Dominika Respublikası, Qazaxıstan, Koreya idmançılarının, o cümlədən Asiya (Hindistan, Pakistan, İran) və Afrika komandalarının daxil olduğu on iki kollektiv iştirak dəcək.

Xəbər lenti

Xəbər lenti