...

BƏDİİ GİMNASTİKA ÜZRƏ REYTİNQ CƏDVƏLİ DƏRC OLUNUB

Cəmiyyət Materials 8 Avqust 2005 15:07 (UTC +04:00)

Bakıda oktyabrın 3-9-da keçiriləcək bəddi gimnastika üzrə dünya çempionatının ərəfəsində Beynəlxaln Federasiya (FIG) dünyanın ən güclü idmançılarının və qrup komandalarının reytinq cədvəlini dərc edib. Azərbğaycanın Cimnastika Federasiyasından Trend ə verilən məlumata görə, toppuzlarla və lentlərlə oyun üzrə 9-cu yerdə olan azərbaycanlı gimnast Dinara Gimatova 35 xal toplayıb. "Neftçi"nin iplərlə oynayan nümayəndəsi 16 xalla 11-ci yerdədir.

Onun komanda yoldaşı Anna Qurbanova dünya cədvəlində gürzlərlə oyun üzrə Belorusdan olan Lyubov Çarkaşina ilə 12-ci yeri bölüşür. Hər iki gimnast 10 reytinq xalı toplayıb. Onlar həmçinin topla belorus Valeriya Kurilski ilə də 13-cü mövqeynir bölüşürlər. Onların hər ikisinin 7 xalı var. Anna Qurbanova həm də iplə oyun üzrə 4 xalla 13-cü yerdədir.

Dünya ranq cədvəlinə rusiyalı Olqa Kapranova (ip və top), həmçinin - Anna Bessonova (toppuzlarla) və Natalyaə Qodunko (lent) başçılıq edir.

3 çəmbər və 2 toppuzlarla qrup tapşırıqları üzrə Azərbaycan komandaları 3 xalla 10-cu yerdədirlər. Burada da birinci yerdə Rusiya kollektividir.

Bizim gimnastların reytinq cədvəlində möhkəmlənməsi Gimatovanın İtaliyada keçirilən beynəlxalq turnirdə, Qurbanovanın və qrupların Duysburqdakı Ümumdünya oyunlarında və Azərbaycan gimnastlarının Federasiyanın Kuboku uğrunda yarışlarda uğurlu çıxışları hesabına əldə olunub.

Milli Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, ölkə gimnastları öz reytinqlərini avqustun 18-20-də Türkiyədə keçiriləcək Tələbələrin Ümumdünya Universiadası, eləcədə sentyabrda Hollandiyada və Bolqarıstanda, Rusiya və Almanyiada keçiriləcək yarışlardan sonra da qaldırmaq imkanına malikdirlər.

Xəbər lenti

Xəbər lenti