...

Azərbaycan gimnastları klublararası dünya çempionatında iştirak edəcəklər

Cəmiyyət Materials 24 Oktyabr 2005 12:55 (UTC +04:00)

Azəbaycan gimnastları oktyabrın 26-31-də Tokioda keçiriləcək klublararası dünya çempionatında ilk dəfə olaraq iştirak etmək dəvəti alıblar.

Milli Federasiyanın mətbuat xidmətindən Trend ə verilən məlumata görə, bu çempionatda Dinara Gimatova, Anna Qurbanova və Zeynəb Cavadlı "Neftçi" İdman-Sağlamlıq Mərkəzini təmsil edəcəklər. Çempionatın ənənəvi iştirakçıları arasında onun dəfələrlə qalibləri - Rusiyanın "Qazprom", Ukraynanın "Şkola Deryuqinıx" və Belarusun "Dinamo" komandaları da var. ""Neftçi"nin belə nüfuzlu turnirdə iştirakı Azərbaycanda gimnastikanın inkişaf səviyyəsi və potensialından xəbər verir", - deyə "Neftçi" İSM-in sədri Rauf Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti