...

Bakıda xalq instrumental alətləri ifaçılarının 1-ci Respublika müsabiqəsi keçirilir

Cəmiyyət Materials 21 Noyabr 2005 13:22 (UTC +04:00)

Təhsil və Mədəniyyət Nazirliyinin hamiliyi ilə Azərbaycan Milli Konservatoriyasında keçirilən Əhsən Dadaşov adına xalq çalğı alətləri ifaçılarının 1-ci Respublika müsabiqəsi M.Maqomayev adın Azərbaycan Dövlət Ifilarmoniyasında böyük qala-konfsertlə başa çatıb.

Trend in məlumatına görə, keçirilən müsabiqənin ifaçıları arasında müsabiqənin iştirakçılarını qeyri-məhdud yaş senzinə görə təşkilat komitəsinin qərarı ilə respublika ölçülərinə görə sanballı mükafat fondunun olması faktı maraq doğurub: birinci dərəcəli mükafat üçün - 1000 şərti vahid, ikinci - 500, üçüncü dərəcə- 300 şərti vahid təyin edilib. Bu mükafatlarla yanaşı Mədəniyyət Nazirliyi gənc ifaçılar üçün 1 milyon manat məbləğində xcüsusi mükeafat ayırıb.

Müsabiqənin təşkilat komitəsinin qərarı ilə bir birinci dərəcəli mükafat Azərbaycan Milli Konservatoriyasının aspirantı Sahib Paşazadəyə (tar), iki ikinci dərəcəli mükafat Mehri Əsədullayevaya (kamança) və Şəhriyar İmanova (tar) ıə üç üçüncü dərəcəli mükafat Şəxəliyeva Şəbnəm (kanon), Quliyev Fərid (tar) və Bəhruz Zeynalova (tar) təqdim edilib.

Müsabiqələr daim xüsusilə gənc ifaçılar arasında yeni kəşflər, yenqi adlar deməkdir. Bu müsabiqədə də ən parlaq kəşflərdən biri 17 yaşlı Samirə Cəlilovanın (Şaroyeva adına xüsusi imusiqi məktəbinin şagirdi) tarda və Aynur Qasımovanın (Musiqi Kolleci) kanonda çıxışı olub. Onlar diplomlar və Mədəniyyət Nazirliyinin xüsusi mükafatları ilə təltif olunublar.

Xəbər lenti

Xəbər lenti