...

Məhkəmədə Əli İnsanovun mülki iddiasına baxılacaq

Cəmiyyət Materials 28 Noyabr 2005 12:06 (UTC +04:00)

Dekabrın 5-də Səbail rayon Məhkəməsində hakim Yusif Kərimovun sədrliyi ilə sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun iddiasına baxılacaq. Bu barədə Trend ə hakim Yusif Kərimov məlumat verib.

Ə.İnsanovun məhkəmə qarşısında qaldırdığı iddia "AzTV" və "Lider" TV barədədir. Sabiq nazir mülki iddiasını bununla əsaslandırıb ki, həbsindən sonra həmin teleşirkətlər ictimaiyyətə təqdim etdikləri məlumatlarda və nümayiş etdirdikləri kadrlarda onun şərəf və ləyaqətini təhqir ediblər. O, məhkəmədən bu məlumatların təkzib olunmasına və dəymiş mənəvi zərərin ödənilməsinə dair qərar çıxarılmasını tələb edib.

Xəbər lenti

Xəbər lenti