...

"Quş qripi"nə şübhəli 4 Azərbaycan vətəndaşının müalicəsi davam etdirilir

Cəmiyyət Materials 13 Mart 2006 11:50 (UTC +04:00)

Martın 13-nə olan vəziyyət üzrə Bakıda "quş qripi"nə şübhəli 4 nəfərin müalicəsi davam etdirilir. Bu barədə Trend ə Səhiyyə nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, xəstələrdən 3-ü 7 saylı xəstəxanada müalicə olunur. Salyan rayonunun Dayıkənd kəndinin sakini, martın 6-da xəstəxanaya gətirilmiş 2,5 yaşlı İbrahimova Şahsənəmin vəziyyəti sabitdir və getdikcə yaxşılaşır.

Salyan rayon sakini 9 yaşlı Əmrah İsmayılovun vəziyyəti kafi, Nərimanov rayon sakini Məleykə Rzazadənin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Salyan rayon sakini 35 yaşlı Ziyafət Muxtarova ağciyər xəstəlikləri üzrə ETİ-də tibbi yardım göstərilir. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, xəstələrdən bəziləri artıq yaxın günlərdə evə yazıla bilər.

Xəbər lenti

Xəbər lenti