...

AFFA ölkə çempionatının təqvimində dəyişikliklər edir

Cəmiyyət Materials 13 Mart 2006 16:56 (UTC +04:00)

AFFA aprelin 12-də T.Bəhramov adına Respublika stadionunda Azərbaycanla-Türkiyə yoldaşlıq matçının keçirilməsi ilə əlaqədar milli çempionatın təqvimində dəyişikliklər edib.

Assosiasiyanın yarışların keçirilməsi üzrə departamentinin rəhbəri Məlik Həsənovun Trend ə verdiyi məlumata görə, əvvəlcə ölkə kubokunun farımfinal görüşünün keçirilməsi bu tarixə planlaşdırılmışdı. Lakin bu tarix təqvimdə AFFA üçün ehtiyat gün kimi göstərildiyi üçün oyun martın 29-da keçirilə bilər. M.Həsənovun sözlərinə görə, qrafikin hələ dəqiq təsdiqlənməsi barədə danışmaq tezdir və bu, ən yaxın günlərdə tam müəyyənləşdiriləcək.

Xatırladaq ki, Ukraynaya qarşı yoxlama görüşündən əvvəl də AFFA təqvimdə dəyişikliklər etmişdi.

Xəbər lenti

Xəbər lenti