...

Əbülfəz Qarayev: Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin yeni strukturu və əsasnaməsi təsdiq olunacaq

Cəmiyyət Materials 17 Mart 2006 18:49 (UTC +04:00)

Qısa müddət ərzində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin yeni strukturu və Əsasnaməsi təsdiqlənəcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev məlumat verib.

Nazirin sözlərinə görə, hazırda Azərbaycanda mədəniyyətin inkişafının yeni strategiyasçı işlənib hazırlanır. Nazir artıq mədəniyyətin idarə olunması üzrə ayrı-ayrı strukturların rəhbərləri ilə görüşlər keçirib və həmin görüşlər zamanı bu sahədəki hazırki vəziyyət ətraflı müzakirə olunub. Nazirin sözlərinə görə, mövcud ənənələr əsasında bu sahənin inkişafı davam etdiriləcək.

Nazir həmçinin bildirib ki, Azərbaycanın mədəni dəyərlərinin xüsusi nəşri hazırlanır. Nazirlik Azərbaycanın mədəni dəyərlərinin mühafizəsi və müdafiəsi məsələlərində daha kəskin mövqe tutmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti