...

Apellyasiya Məhkəməsi MSK-ya qarşı şikayəti təmin etmədi

Cəmiyyət Materials 28 Mart 2006 18:49 (UTC +04:00)

Martın 28-də Apellyasiya Məhkəməsində 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən deputatlığa namizəd, AMİP-in Sumqayıt şəhər təşkilatının sədri Dünyamin Əhmədlinin Mərkəzi Seçki Komissiyasına qarşı qaldırdığı iddia ərizəsinə baxılıb. Trend in məlumatına görə, hakim İlqar Dəmirovun sədrliyi ilə keçən məhkəmə iclasında MSK-nı komissiyanın hüquqşünası Qabil Orucov təmsil edib.

Məhkəmə şikayətçinin iddiasını təmin etməyib və MSK-nın çıxardığı qərarı qüvvədə saxlayıb. Bu qərar D.Əhmədlinin 44 saylı dairə seçki komissiyasına təhvil verdiyi imza vərəqələrində imzaların oxşar olması ilə izah edilib.

Şikayətçi Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək. O, bildirib ki, 3 gün ərzində kassasiya şikayətini Ali Məhkəməyə təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti