...

Ukrayna xokkeyçiləri qələbəni vaxtından əvvəl bayram etmək üçün Azərbaycan yığmasına imkan verib

Cəmiyyət Materials 29 Mart 2006 13:28 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət otüstü xokkey yığması Bakıda keçirilən beynəlxalq turnirin vaxtından əvvəl qalibi olub.

Trend bildirir ki, Adil Paşayevin yetirmələri martın 29-da yarışın İtaliyaya qarşı son oyununu keçirəcək, amma bu oyunun nəticəsi elə bir əhəmiyyət daşımayacaq. Məsələ burasındadır ki, meydan sahiblərindən üç xal geri qalan Ukrayna komandası artıq turnirdə çıxışını başa vurub. Azərbaycan yığması hazırda 2:3 hesabı ilə məğlub olan italyanları beş xal fərqilə geridə qoyur və son görüşqabağı özünü rahat hiss edə bilər.

Xatırladaq ki, hər iki komanda bir aydan sonra Romada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin eyni qrupuna düşüb.

Xəbər lenti

Xəbər lenti