...

Salyan rayonunun 17 yaşlı sakininə qoyulmuş "quş qripi" diaqnozu hələlik təsdiqlənməyib

Cəmiyyət Materials 30 Mart 2006 19:52 (UTC +04:00)

Salyan rayonunun 17 yaşlı sakininə qoyulmuş "quş qripi" diaqnozu hələlik təsdiqlənməyib. Bu barədə Trend ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, hazırda Dayıkənd kəndinin sakini 2 saylı Uşaq Klinik Xəstəxanasında müalicə olunur və vəziyyəti sabitdir.

O bildirib ki, nazirliyin apardığı laborator müayinələr zamanı xəstədə "quş qripi" virusunun olması təsdiqlənməyib.

"Ancaq buna baxmayaraq, xəstədən götürülmüş analizlər London laboratoriyasına göndəriləcək", - deyə S.Məmmədova qeyd edib.

Qeyd edək ki, Azərbaycanda 7 nəfərdə H5N1 virusu aşkar edilib ki, bu şəxslərin də 5-i artıq vəfat edib. Digər iki nəfər isə müvafiq müalicə alıb.

Xəbər lenti

Xəbər lenti