...

Azərbaycanın Gənclər və İdman Nazirliyində kimsəsiz uşaqlar barədə məlumat bazası yaradılıb

Cəmiyyət Materials 2 May 2006 17:15 (UTC +04:00)

Azərbaycanın Gənclər və İdman Nazirliyində kimsəsiz və xüsusi qayğıya və diqqətə ehtiyacı olan uşaqlar barədə məlumat bazası yaradılıb. Bu barədə Trend ə Nazirlikdən məlumat verilib.

Layihə YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin yardımı ilə həyata keçirilir. Bu barədə Nazirliklə təşkilatın Azərbaycandakı nümayəndəliyi arasında artıq razılıq əldə olunub. YUNİSEF eləcə də Nazirliyə bu məlumatların toplanacağı mərkəzin yaradılması üçün texniki və maliyyə yardımı göstərəcək.

Məlumatlar bazasının və mərkəzin yaradılması gənclər siyasəti barədə dövlət proqramı üzrə fəaliyyət planına uyğun həyata keçirilir. Plan 2005-2009-cu illəri əhatə edir.

Xəbər lenti

Xəbər lenti