...

Məhkəmə-Hüquq Şurası və Avrasiya Hüquqşünaslar Assosiasiyası hakimliyə namizədlər üçün hazırlıq kursları təşkil edəcək

Cəmiyyət Materials 20 May 2006 11:33 (UTC +04:00)

İyun ayından başlayaraq Məhkəmə-Hüquq Şurası və Avrasiya Hüquqşünaslar Assosiasiyası hakimliyə namizədlər üçün hazırlıq kursları təşkil edəcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Bir aydan artıqdır ki, hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlara müvafiq test üsulu tətbiq edilməklə tam şəffaf şəraitdə keçirilən imtahan və müsahibə yolu ilə təkrar seçim prosesi başlanıb.

2005-ci ildə hakim vəzifəsinə seçim zamanı müsabiqədə iştirak edən hakimliyə namizədlərin böyük əksəriyyətinin kifayət qədər hazırlıq nümayiş etdirə bilmədiklərini nəzərə alan Məhkəmə-Hüquq Şurası belə kursların keçirilməsinə qərar verib.

Kursların tədris proqramı keçiriləcək imtahanların tələblərinə uyğunlaşdırılmış və mütərəqqi tədris üsullarından istifadə edilməklə hazırlanıb.

Kurslarda yalnız hakimliyə namizədliyini irəli sürmüş şəxslər iştirak edə biləcəklər. Dinləyicilər 40 nəfərdən çox olmamaqla müsahibə yolu ilə seçiləcəklər.

Xəbər lenti

Xəbər lenti