...

"Gürcü diasporu - dunya ilə körpü" beynəlxalq konfransında Azərbaycan nümayəndələri də iştirak edəcək

Cəmiyyət Materials 24 May 2006 18:47 (UTC +04:00)

"Gürcü diasporu - dunya ilə körpü" beynəlxalq konfransında Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. "Kredo" diasporlara yardım fondu, "Gürcüstan və onun hüdudları kənarında gürcü mədəniyyəti" assosiasiyasından Trend in Gürcüstandakı xüsusi müxbirinə verilən məlumata əsasən, mayın 25-27-də Tbilisidə "Gürcü diasporu - dunya ilə körpü" beynəlxalq konfransı keçiriləcək.

"Kredo" fondundan bildiriblər ki, konfransın işində 30 ölkədən gürcü diasporu nümayəndələri iştirak edəcək. Bu fikri Gürcüstan hökuməti, o cümlədən XİN və Qaçqınların İşləri və Köçürmə üzrə Nazirlik də dəstəkləyib.

Azərbaycandan gürcü diasporunun təxminən 10 nümayəndəsinin gəlişi gözlənilir.

3 gün davam edəcək konfransda xaricdə yaşayan gürcülərin problemləri müzakirə ediləcək. Mayın 26-da Gürcüstanın xarici işlər nazirinin adından təntənəli qəbul təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti