...

Azərbaycanın Ekologiya Nazirliyi neft şirkətləri üçün tullantı poliqonu inşa edir

Cəmiyyət Materials 8 İyun 2006 20:07 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi neft şirkətləri üçün yeni tullantı poliqonu tikir. Trend agentliyinin məlumatına əsasən, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Onun sözlərinə görə, obyektin tikintisi üçün vəsait neft şirkətləri tərəfindən ayrılacaq. Nazir deyib ki, bu, Bakının bərk tullantılarının 1%-ni tuta biləcək kiçik bir poliqondur. Lakin həmin poliqon müasir texnologiyalarla inşa ediləcək və dünya standartlarına uyğun olacaq.

Poliqon Ekologiya Nazirliyinin sərəncamında olacaq.

Xəbər lenti

Xəbər lenti