...

Noyabrda Amerika Azərbaycan Assosiasiyaları Assambleyasının təsis konfransı keçiriləcək

Cəmiyyət Materials 9 İyun 2006 19:12 (UTC +04:00)

Türkiyənin Antalya şəhərində təşkil olunmuş Dünya Azərbaycanlı Ziyalıları Forumu çərçivəsində Amerikada fəaliyyət göstərən Azərbaycan icmalarının toplantısı keçirilib. Trend -in xususi muxbiri xəbər verir ki toplantıda Azərbaycan icmalarının nümayəndələri, Amerika Türk Assosiasiyaları Assambleyasının sədri Vural Cengiz, ABŞ Yəhudi icmasının nümayəndəsi "Novıy rubej" qəzetinin baş redaktoru Nobert Yevdayev, Xarici Ölkələrdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak ediblər.

Dövlət Komitəsinin sədri Nazim İbrahimov giriş nitqi ilə çıxış edərək toplantının əsas məqsədi barədə məlumat verib. O, qeyd edib ki, bu gün Amerikada fəaliyyət göstərən Azərbaycan icmaları ölkəmizin milli maraqlarının qorunması, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin Amerika ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür. Lakin bu icmaların bir araya gətirilməsi və onların fəaliyyətinin koordinasiya edilməsi daha ciddi uğurlar qazanmağa imkan verə bilər. Dövlət Komitəsinin sədri Amerikada fəaliyyət göstərən Azərbaycan icmalarının birləşərək Amerika Azərbaycan Assosiasiyaları Assambleyasının yaradılması təşəbbüsü ilə çıxış etdiklərini diqqətə çatdırilib.

Amerika Türk Assosiasiyaları Assambleyasının sədri V.Cengiz bu təhəbbüsün həyata keçirilməsi üçün bütün zəruri köməklikləri etməyə hazır olduğunu diqqətə çatdırib. Toplantıda çıxış edən ABŞ Yəhudi icmasının nümayəndələri Erik Yevdayev, Nobert Yevdayev, Yuriy Ziberman, ABŞ-da yaşayan görkəmli musiqiçimiz Çingiz Sadıqov, politoloq Ceyhun Mollazadə və başqaları Assambleyasının yaradılmasının əhəmiyyəti barədə fikirlərini bölüşublər.

Müzakirələrin nəticəsi olaraq Assambleyanın təsis konfransının 2006-cı ilin noyabr ayında keçirilməsi barədə qərar qəbul olunub. Qurumun nizamnaməsini hazırlamaq və təsis konfransının təşkili ilə bağlı məsələləri həll etmək məqsədilə təşkilat komitəsi yaradılib.

Xəbər lenti

Xəbər lenti