...

ABŞ mütəxəssislərinin Azərbaycanda açdığı Hüquqi Yardım Mərkəzi genişmiqyaslı fəaliyyət göstərəcək

Cəmiyyət Materials 19 İyun 2006 19:46 (UTC +04:00)

ABŞ mütəxəssislərinin Azərbaycanda açdığı Hüquqi Yardım Mərkəzi genişmiqyaslı fəaliyyət göstərəcək. Trend xəbər verir ki, bu barədə iyunun 19-da Amerika Hüquqşünaslar Assosiasiyasının Mərkəzi Avropa və Avroasiyada Hüquq Təşəbbüsünün Hüquqi Yardım Mərkəzinin rəsmi açılışında ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Ceyson Haylənd məlumat verib.

Cənab Haylənd bildirib ki, Mərkəz Azərbaycan vətəndaşlarına müvafiq hüquqi yardımlar göstərəcək. "Bu yolla biz Azərbaycanda demokratik quruluşun təmin olunmasına öz töhfəmizi verəcəyik" - deyə C.Haylənd söyləyib.

Müvəqqəti işlər vəkili həmçinin qeyd edib ki, bu Mərkəz vasitəsiylə Azərbaycan tələbələri vəkillik sahəsində öz təhsillərini xaricdə almaq imkanı əldə edəcəklər.

Daha sonra ABA-SEELİ-nin Azərbaycan üzrə Direktoru Frank Hespe ABŞ mütəxəssislərinin Azərbaycanda açdığı Hüquqi Yardım Mərkəzinin gələcək fəaliyyəti barədə məlumat verib. O bildirib ki, Hüquqi Yardım Mərkəzi ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilir və Azərbaycanda belə quruluşlu ilk hüquqi yardım mərkəzidir.

"Mərkəz ehtiyacı olan azərbaycanlılar üçün mülki və cinayət işləri üzrə ödənişsiz hüquqi yardım göstərəcək və həmçinin Azərbaycanda gənc hüquqşünasların təcrübəsinin artırılmasına kömək edəcək" - deyə Frank Hespe qeyd edib.

Xəbər lenti

Xəbər lenti