...

İTK XİN başçılarının 33-cü sammiti çərçivəsində "Azərbaycan – əbədilik yolu" adlı sənədli filmin təqdimat mərasimi baş tutdu

Cəmiyyət Materials 20 İyun 2006 15:33 (UTC +04:00)

İyunun 20-də Bakıda İslam Təşkilat Konfransı (İTK) XİN başçılarının 33-cü sammitinin keçirilməsinə həsr olunmuş tədbirlər çərçivəsində "Azərbaycan-əbədilik yolu" adlı sənədli filmin təqdimat mərasimi olub.

28 dəqiqəlik filmdə Azərbaycanın tarixi və mədəni irsi, o cümlədən Ermənistan tərəfindən zəbt olunmuş respublika ərazisində, xüsusilə Dağlıq Qarabağda yerləşən mədəni və tarixi abidələr haqqında danışılır.

Sənədli film Azərbaycanın Xarici İşlər Nazirliyinin sifarişi ilə "Səlnamə" studiyası tərəfindən İTK XİN başçılarının sammitinin iştirakçıları üçün çəkilib. Film 6 dildə dublyaj olunub və DVD formatında çəkilib. Filmin ilkin tirajı - 1 nüsxədir. Filmin rejissoru - İqbal Məmmədəliyev, icraçı prodüseri - Kamil Məmmədov, məsləhətçisi - Elxan Əliyevdir.

Xəbər lenti

Xəbər lenti