...

Azərbaycanın qadınlardan ibarət voleybol yığması Türkiyəyə yola düşəcək

Cəmiyyət Materials 21 İyun 2006 15:28 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət voleybol yığması iyul ayının əvvəlində Yekaterinburqda keçiriləcək Boris Yelsin Kubokunun hazırlığının həlledici mərhələsini Türkiyədə keçirəcək.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi xəbərə görə, Puerto-Riko yığması sınaq görüşü keçirmək üçün Bakıya gələ bilmədiyindən, komandanın məşqçi qərargahı voleybolçuları Bosfor sahilinə yollamağı planlaşdırır. "Yelsin Kubokunun başlanmasına hələ iki həftə var, ona görə də komanda Türkiyədə bir neçə sınaq görüşü keçirə və oyun tonusu əldə edə bilər. Həm də bu yaxınlarda Kipr toplanışında kollektiv fiziki kondisiyalarının möhkəmlənməsi ilə məşğul idi", - deyə Z.Gözəlbəyli qeyd edib.

Ehtimal olunur ki, məhz Türkiyədə veteranlar Yelena Nabovta və İnessa Qorxmaz komandaya qoşulacaqlar.

Xəbər lenti

Xəbər lenti