...

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması dünya çempionatının ilk günündə iki qızıl medal qazanıb

Cəmiyyət Materials 30 Oktyabr 2006 19:39 (UTC +04:00)

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması H. Əliyev adına İdman-Konsert Kompleksində keçirilən hərbi qulluqçular arasında dünya çempionatının ilk günündə iki qızıl medal qazanıb.

Trend in xəbər verdiyi kimi, 55 kq-a qədər çəki kateqoriyasında Rövşən Bayramov finalda türkiyəli Özdəmirə heç bir şans verməyək parlaq çıxış nümayiş etdirib. Birinci hissədə xalça sahibi bir neçə effektiv üsullar göstərərək, hesabda 4 bal irəli çıxıb, fasilədən sonra isə üç qalibiyyət balı qazanıb.

Komanda yoldaşının təşəbbüsünü Elburus Məmmədov da dəstəkləyib. Belə ki, o, həlledici döyüşdə hindinstanlı Bxamza üzərində 7:0 hesabı ilə inamlı qələbə qazanıb. Cavidan Həsənov (84 kq) isə görüşdə üçüncü yeri onu turnir potokolunda qabaqlayan slovakiyalı Atillaya uduzub.

Xəbər lenti

Xəbər lenti