...

T.Bəhramov adına Respublika Stadionu gələn ilin mart ayına qədər bağlı olacaq

Cəmiyyət Materials 7 Dekabr 2006 11:35 (UTC +04:00)

Son zamanlar yağan yağışlardan sonra yararsız hala düşmüş meydanın yaşıl örtüyünün yenidən bərpa edilməsi məqsədilə T.Bəhramov adına Respublika Stadionu gələn ilin mart ayına qədər bağlı olacaq.

Arenanın direktoru Akif İsmayılov Trend ə bildirib ki, səpim proseduru üçün iki həftə lazımdır, daha sonra meydan gələn ilin yazına qədər heç bir oyunu qəbul edə bilməyəcək.

A.İsmayılov bildirib: "Bundan başqa, biz arenada yerləşən döyüş zalının da təmirini planlaşdırırıq, yəni eyni zamanda iki istiqamətdə iş planlaşdırırıq". O həmçinin qeyd edib ki, bundan başqa yaxın zamanlarda arenada heç bir digər iş nəzərdə tutulmur.

Bununla əlaqədar olaraq öz oyunlarını bu arenada keçirən "Bakı", "İnter" və "Neftçi" komandalarına dislokasiya üçün yeni müvəqqəti yer tapmaq lazım gələcək.

Xəbər lenti

Xəbər lenti