...

"Olimpik" futbol klubu qvineyalı forvardı alamaq niyyətindədir

Cəmiyyət Materials 8 Dekabr 2006 14:09 (UTC +04:00)

"Olimpik" futbol klubu "Bakı"nın tərkibində qala bilməyən qvineyalı forvard Pate Banqurunu ala bilər.

Trend xəbər verir ki, komandanın baş məşqçisi Əsgər Abdullayev hələ ölkə çempionatı başlamazdan öncə afrikalı ilə karyerasını "Olimpik"də davam etdirməsi imkanları barədə danışıqlar aparmışdı. Lakin hücumçu çempion cərgəsində olmağı üstün tutmuşdu. Bununla belə, P.Banqura "Bakı"da özünün keyfiyyətlərini aça bilmədən nizam-intizamı pozuduğu üçün klubdan qovularaq faktiki olaraq işsiz qaldı. Ona görə futbolçunun güclü hücumçuya ehtiyacı olan "Olimpik"in sıralarına keçəcəyi istisna edilmir.

Xatırladaq ki, oynanılan 12 turdan sonra komanda səkkizinci yerdədir və "Simurq"a qarşı dekabrın 8-də "Şəfa" stadionunda keçiriləcək görüşə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti