...

N.İbrahimov: "Gürcüstanda yaşayan azərbaycanlı şagirdlər orta məktəblərdə gürcü dilini öyrənməlidirlər"

Cəmiyyət Materials 12 Dekabr 2006 13:03 (UTC +04:00)

"Gürcüstanda yaşayan azərbaycanlıların ali təhsil almaq, dövlət orqanlarında çalışmaqla bağlı problemlərini həll etmək üçün onların gürcü dilini öyrənməsi lazımdır". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

O qeyd edib ki, Gürcüstan azərbaycanlıları arasında orta məktəbi bitirən 900 min şagirddən yalnız 47 mininin ali məktəblərə qəbul olunması çox aşağı göstəricidir. Bu, o deməkdir ki, ali təhsildən kənarda qalan digər 43 min gənc özlərinə iş yeri axtarmaq məcburiyyətində qalır: "İşsizlik problemini də həll etmək üçün dili bilməmək problemi aradan qalxmalıdır. Təbii ki, Gürgüstanda yaşayan soydaşlarımız Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini bilməlidirlər. Amma orta məktəblərdə təhsil alan şagirdlər gürcü dilini öyrənməlidirlər. Bunun üçün gürcü dilində təhsil almaq lazımdır ki, gələcəkdə bu ölkənin ali məktəblərində təhsil alsınlar, işləsinlər, yaşasınlar"-deyə N.İbrahimov vurğulayıb.

Dövlət Komitəsi sədrinin fikrincə, problemin başqa cür həlli yolu yoxdur. Onun sözlərinə görə, yalnız populist fikirlərlə çıxış edib Gürcüstanda yaşayan azərbaycanlıların ancaq Azərbaycan dilində təhsil almasını, gürcü dilində oxumasının zərərli olduğunu deməklə soydaşlarımızı problem içərisində saxlayırıq.

Xəbər lenti

Xəbər lenti