...

Azərbaycan cüdoçuları Kislovodskda toplanışdadır

Cəmiyyət Materials 15 Dekabr 2006 16:52 (UTC +04:00)

Azərbaycanın dzüdo komandası bu günlərdə yeni mövsümə hazırlıq çərçivəsində Kislovodskda keçirilən tədris-məşq toplanışındadır. Yığmanın baş treneri Ağayar Axundzadənin Trend ə verdiyi xəbərə görə, heyətin tərkibinə bu yaxınlarda keçirilən güclülərin çıxış etdiyi Azərbaycan çempionatında əsas mükafatları almış idmançılar daxildir. Nəzərə alsaq ki, atletləri Pekinə düşmək üçün çoxlu xal yığmaq lazım gələn iri turnirlər sırasına aid yorucu marafon gözləyir, Kislovodskda məşqlər hər şeydən əvvəl texniki-taktiki xarakter daşıyır. Bununla əlaqədar olaraq məşqçi ştabının əsas ümidi hazırda toplantıda iştirak edən idmançılara - üçqat Avropa çempionu Elçin İsmayılova (66 kq), gənclər arasında dünya birincilityinin qalibi Nicat Şıxəlizadə (60kq), Afina olimpiadasının iştirakçıları Mehman Əzizov (81 kq) və Mövlud Mirəliyev (100kq) və qitə çempionu Elnur Məmmədliyədir (73 kq).

Xəbər lenti

Xəbər lenti