...

Ramil Səfərovun apellyasiya şikayətini icraatına götürmüş hakimin və hüquqlarını müdafiə edəcək macar vəkilin adları açıqlanıb

Cəmiyyət Materials 20 Dekabr 2006 14:26 (UTC +04:00)

13 aprel 2006-cı il tarixdə Budapeştdə ömürlük həbsə məhkum edilmiş Azərbaycanın Milli Ordusunun zabiti Ramil Səfərovun apellyasiya şikayətini icraatına götürmüş hakimin və hüquqlarını müdafiə edəcək macar vəkilin adları açıqlanıb. Bu barədə Trend ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, erməni zabiti Qurgen Markaryanı qətlə yetirməkdə təqsirləndirilərək Budapeşt məhkəməsinin hökmü ilə ömürlük həbsə məhkum edilmiş Ramil Səfərov həmin hökmdən apellyasiya şikayəti verib. Apellyasiya şikayətinə 22 fevral 2007-ci il tarixdə baxılacaq.

Məhkəmə iclasına hakim Corc Macar sədrlik edəcək. Ramil Səfərovun Macarıstan hökuməti tərəfindən təyin olunmuş vəkil Karpati Piroşkadır. Məhkəmə iclasında Azərbaycanın Vəkillər Kollegiyasının üzvləri İkram Şirinovla Elmar Kərimov da iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti