...

ATƏT DİİHB başçısı və Azərbaycanın təhsil naziri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Cəmiyyət Materials 22 Dekabr 2006 16:15 (UTC +04:00)

Təhsil sahəsində insan hüquqlarının tətbiqi və tədrisi sahəsində Azərbaycan və ATƏT arasında əməkdaşlıq perspektivləri dekabrın 22-də Azərbaycanın təhsil naziri Misir Mərdanovun ATƏT-in Demokratik İnstitutlar və İnsan hüquqları Bürosunun başçısı Kristian Ştroxalla görüşündə müzakirə olunub. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Tərəflər tolerantlıq və ayrı-seçkiliklə mübarizə Bürosunun proqramının reallaşdırılmasını, DİİHB-nin Azərbaycan üzrə hazırladığı hesabatı, "Təhsil sahəsində treninq və təhsil", "Qarşılıqlı hörmətin təşviqi" və b. birgə layihələri müzakirə ediblər.

Görüşdə Azərbaycanın təhsil naziri erməni təcavüzü nəticəsində Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması məsələsinə toxunaraq, DİİHB direktoruna ölkənin işğal olunmuş ərazilərində məhv edilmiş təhsil müəssisələrinin statistikası haqqında məlumat verib.

DİİHB -nin direktoru təhsil sahəsində Azərbaycanla əməkdaşlığın səviyyəsindən məmnun qaldığını bildirib. Tərəflər görüşdə Planın hazırlanması və təsdiq olunması, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, konfrans və seminarların keçirilməsi məsələlərini nəzərdən keçiriblər.

Xəbər lenti

Xəbər lenti