...

Azərbaycanın yığma futbol komandası Qazaxıstanda turnirdə iştirak edəcək

Cəmiyyət Materials 1 Fevral 2007 14:25 (UTC +04:00)

Azərbaycanın yığma futbol komandası martın 8-də Çekmentdə start götürəcək beynəlxalq "Kubok-Alma-TV" turnirində iştirakını təsdiq edib.

AFFA-dan Trend ə verilən məlumata əsasən, yarışın ilk günündə Şahin Diniyevin yetirmələri Özbəkistanla oynayacaq və sonra startın təntənəli açılış mərasimi baş tutacaq.

İki gündən sonra komandalar Avropa-2008 çempionatının yığma turniri üzrə rəqib olan Qazaxıtana qarşı oynayacaq. Yekun oyun günü martın 12-də Türkmənistanla görüş olacaq. Dairəvi turnirdə ən çox xal toplayan yığma turnirin qalibi olacaq.

Qeyd etmək lazımdır ki, başlamış mövsümündə kollektiv üçün ilk rəsmi matç fevralın 7-də Karşidə özbəklərlə dostluq görüşü olacaq.

Xəbər lenti

Xəbər lenti