...

55 "yeni sınaqdan keçmiş" hakim Azərbaycanda vəzifələrinin yerinə yetirilməsinə başlayacaq

Cəmiyyət Materials 12 Fevral 2007 15:58 (UTC +04:00)

Yaxın vaxtlarda seçmə imtahanları keçmiş 55 hakim öz vəzifələrinin icrasına başlayacaq. Bu barədə Trend ə Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev bildirib.

2006-cı ildə boş yerlərə keçirilən imtahanlarda iştirak üçün 1000 nəfərdən artıq adam ərizə verib, onlardan təxminən 800 nəfəri test imtahanlarında iştirak edib. Bir neçə mərhələdən sonra onlardan yalnız 55 nəfəri uğur qazanıb. R.Rzayevin bildirdiyinə görə, hazırda respublikada 32 hakim işləyir.

2006-cı ildə 48 hakim cəzalandırılıb. R.Rzayev: "Bu cür faktlar olmalı deyil, belə ki, hakimlər başqalarına nümunə olmalıdırlar".

Ali Məhkəmə hər çərşənbə axşamı presedent hüququn öyrənilməsi üzrə seminarlar keçirir. Bura beynəlxalq təşkilatların nümayəndələri də dəvət olunurlar. Hakimlər konvesiyaları bilmədikdə onları doğru tətbiq etmirlər. Təəssüf ki, sonuculardan heç kim ingilis dilini bilmir, bu da hakimlərin xaricdə təcrübə keçməsini çətinləşdirir.

Xəbər lenti

Xəbər lenti