...

Azərbaycan komandası "Moskva qılıncı" turnirində iştirak edəcək

Cəmiyyət Materials 15 Fevral 2007 13:45 (UTC +04:00)

Azərbaycanın qılıncoynatma üzrə qadınlardan ibarət komandası fevralın 16-da Rusiya paytaxtında başlayacaq "Moskva qılıncı" beynəlxalq turnirində iştirak edəcək.

Trend xəbər verir ki, kollektivin tərkibinə dünya və Avropa çempionatının bürünc mükafatçısı Janna Muradqızı, Səbinə Əmrahzadə, Sevil Bünyatova və Aidə Ələsgərova daxil olub və onlar ötən həftə Orleanda Dünya kubokunun mərhələsində çıxış ediblər. Bu zaman bu turnirdə iştirakdan başqa, komanda heç də asan olmayan mövsümə hazırlıq çərçivəsində Moskvada təlim -məşq hazırlıqları keçirəcək. Həm də idmançıların əksəriyyətinin ciddi beynəlxalq təcrübəsi yoxdur, ona görə də hər böyük turnir ən güclülərin kampaniyasında özlərini yoxlamaq imkanıdır.

Qeyd etmək lazımdır ki, yarışda Rusiya, Fransa, İtaliya, Almaniya, Rumıniya və bir çox başqa ölkələrin komandaları iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti