...

Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı ABŞ-da bir neçə etiraz aksiyası keçiriləcək

Cəmiyyət Materials 16 Fevral 2007 17:38 (UTC +04:00)

Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar ABŞ-da fəaliyyət göstərən Iaşinqton Mədəniyyət Mərkəzi tərəfindən Ermənistan səfirliyinin və Dövlət Departamentinin qarşısında etiraz aksiyası keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Amerika Azərbaycanlıları Assosiasiyası isə Nyu-Yorkda BMT-nin binası qarşısında etiraz aksiyası keçirəcək. "Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası" Hyustonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş xatirə gecəsi təşkil edəcək. Həmçinin azərbaycanlı tələbələr tərəfindən Texas Universitetində Xocalı soyqırımına həsr olunmuş konfransın təşkili də nəzərdə tutulub. ABŞ-ın Los-Anceles, San-Xose, San-Fransisko və digər şəhərlərdə də Xocalı faciəsinə həsr olunmuş xatirə gecələrinin keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti