...

Azərbaycan gənclər yığmasının baş məşqçisinin fikrincə , futbolçuların potensialı haqqında nəticəyə gəlmək hələ tezdir

Cəmiyyət Materials 24 Fevral 2007 14:53 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/Avropa-2007 birinciliyi yarışına hazırlaşan Azərbaycanın gənclərdən ibarət yığma komandasının ilk təlim-məşq seçimi tanışlıq xarakteri daşıyacaq.

AFFA-dan verilən məlumata əsasən, komandanın baş məşqçisi Şakir Qəribov qeyd edib ki, seçməyə 11 klubdan futbolçular dəvət olunub. Buna görə də futbolçuların konkret potensialı haqqında nəticəyə gəlmək hələ tezdir. O, həmçinin vurğulayıb ki, kollektivə real köməyi birinci yığmaya daxil olmaq şansları olan afrikalı futbolçular Usim Nduka və Əhməd Ticani göstərə bilər. "Əsas məqsədimiz milli komanda üçün layiqli ehtiyat yaratmaqdır", deyə mütəxəssis qeyd edib.

Xatırladaq ki, kollektivin ixtisalaşdırılma üzrə rəqibləri İtaliya, Xorvatiya, Yunanıstan, və Albaniyadır.

Xəbər lenti

Xəbər lenti