...

"Təhsil haqqında" qanun layihəsi ilə bağlı təkliflər paketi hazırlanıb

Cəmiyyət Materials 27 Mart 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Azərbaycan Milli QHT Forumu (MQF) martın 30-da ölkə QHT-lərinin növbəti aylıq toplantısını keçirəcək. MQF-nin mətbuat xidmətindən bildiriblər ki, toplantıda "Təhsil haqqında" qanun layihəsi müzakirə olunacaq. Bu məqsədlə MQF-də təhsil sahəsi üzrə ixtisaslaşmış QHT rəhbərlərindən ibarət işçi qrupu yaradılıb. İşçi Qrupunun qanun layihəsi ilə bağlı hazırladığı təkliflər toplantıda müzakirəyə çıxarılacaq.

Toplantıda Milli Məclisin elm və təhsil daimi komissiyası, Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbərləri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti