...

DAAD Gürcüstan, Ermənistan və Azərbaycandan 300-dən çox stipendiatı qəbul edəcək

Cəmiyyət Materials 18 Aprel 2007 16:49 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Aprelin 20-22-də Tbilisidə DAAD (Almaniyanın akademik mübadilə xidməti) Gürcüstan, Ermənistan və Azərbaycandan olan 300-dən çox stipendiatı qəbul edəcək. DAAD-ın təşkil edəcəyi görüş Tbilisi Dövlət Universitetində keçiriləcək.

DAAD-ın başlıca məqsədi əvvəlki və hazırkı stipendiatlar arasındakı əlaqələrin genişlənməsinə nail olmaqdır.

Tbilisi Dövlət Universitetindən verilən məlumata görə, hazırda Almaniyanın ali təhsil ocaqlarında 3300-dən çox gürcü tələbəsi oxuyur. 1991-ci ildən etibarən Cənubi Qafqaz ölkələrindən olan tələbələrə 4000 stipendiya verilib. Tbilisidəki görüş tələbələrə müxtəlif sahələrdə təcrübə mübadiləsi etməyə imkan yaradacaq.

Tədbiri giriş sözü Gürcüstanın təhsil naziri Aleksandr Lomaya, Almaniyanın Gürcüstandakı səfiri Patrisiya Flor və DAAD-ın baş katibi Kristian Bode açacaqlar.

Xəbər lenti

Xəbər lenti