...

Azərbaycanın bir qrup jurnalisti davamlı etiraz aksiyalarına qərar verib

Cəmiyyət Materials 19 Aprel 2007 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın müxalifətyönlü "Yeni Müsavat", "Azadlıq", "Gündəlik Azərbaycan"-"Realnıy Azerbayjan" qəzetləri, "Qanun" jurnalı və "Turan" agentliyi jurnalistlərə qarşı təzyiqlərə, onların aramsız məhkəmələrə verilməsinə etiraz edirlər və hər həftə davamlı olaraq etiraz aksiyası keçirməyə qərar veriblər. Bu barədə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumat verib.

Onun bildirdiyinə görə, jurnalistlərin növbəti piketi aprelin 24-də Bakının "Sabir bağı"nda keçiriləcək. Arifoğlunun sözlərinə görə, piketçilər "Sabir bağı" yaxınlığında olan "Fəvvarələr meydanı"nda da toplana bilərlər.

Qəzet rəhbəri onu da deyib ki, jurnalistlər həmçinin hakim Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahının, Prezident Aparatının qarşısında da aksiyalar keçirməyi planlaşdırırlar.

Aprelin 24-də keçiriləcək piketdən sonra növbəti aksiyanın vaxtı təyin olunacaq. Arifoğlunun sözlərinə görə, qarşıdakı aksiyalarla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmaması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti