...

Azərbaycanın Dövlət İncəsənət Muzeyindəki oğurluqla bağlı məhkəmə prosesi keçirilib

Cəmiyyət Materials 20 Aprel 2007 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Rövşən Mustafayev adına Dövlət İncəsənət Muzeyindən oğurlanmış incəsənət əsərlərini satış məqsədilə xarici ölkəyə aparan Aydın İbrahimov barəsindəki cinayət işi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə bu gün hazırlıq iclası keçirilib. Məhkəmədən cümə günü bildirilib ki, iş üzrə məhkəmə baxışının aprelin 23-də başlaması barədə qərar qəbul olunub.

İbrahimova Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 194-cü (bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma), 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

1993-cü ilin iyulunda Dövlət İncəsənət Muzeyindən oğurlanmış 274 ədəd incəsənət əsərlərinin ABŞ-da olduğu müəyyənləşib. Oğurlanmış əsərlərlə bağlı 6 istiqamətləndirmə nəşr olunaraq İnterpola üzv ölkələrə yayımlanıb və birgə aparılan tədbirlər nəticəsində oğurlanmış mədəni sərvətlərin yeri müəyyənləşib. Cinayətdə əli olan bütün şəxslər istintaq tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb olunub. Muzeydəki oğurluqla bağlı prosesdə iştirak edən Aydın İbrahimov isə İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib. O, bu ilin sentyabrında ABŞ-dan Azərbaycana gələrək istintaq orqanlarına könüllü təslim olub

Xəbər lenti

Xəbər lenti