...

Sabah Gəncədə respublika birinciliyi keçiriləcək

Cəmiyyət Materials 26 Aprel 2007 18:06 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Sabah Gəncədə ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək. Yarışa 1990-92 ci il təvəllüdlü gənc idmançılar qatılacaqlar. Biriciliyə respublikanın müxtəlif raoyn və şəhərlərindən 100-ə yaxın idmançı qatılacaq.

Mübarizəyə səhər saat 10-da Gəncədəki "Metallurq" Mədəniyyət və İdman sarayında start veriləcək. Gəncə şəhər Gənclər və İdman İdarəsinin sektor müdiri Mahir Hüseynovun verdiyi məlumata görə, yarışın qalibləri 2 aydan sonra keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaqlar.

Xəbər lenti

Xəbər lenti