...

Həbsdə olan azərbaycanlı millət vəkilinin işi üzrə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 14 May 2007 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Millət vəkili Hüseyn Abdullayev barəsində cinayət işinin istintaqı yekunlaşıb və baxılmaq üçün Səbayıl Rayon Məhkəməsinə göndərilib. Bu gün icraat işi üzrə hakim İlham Ağayevin sədrliyi ilə hazırlıq iclası keçirilib. İş üzrə məhkəmə baxışı mayın 22-nə təyin olunub. Bu barədə bazar ertəsi Səbayıl Rayon Məhkəməsindən məlumat verilib.

Abdullayev Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham olunur.

Milli Məclisdə martın 16-da millət vəkili Fəzail Ağamalı ilə Abdullayev arasında yaranmış insident əlbəyaxa dava ilə nəticələnib. Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və həmin gün məhkəmənin qərarı ilə həbs edilib. Abdullayev hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır.

Xəbər lenti

Xəbər lenti