...

DAK Məclisinin funksiyaları İdarə Heyətinə veriləcək

Cəmiyyət Materials 3 İyul 2007 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) iyulun 7 və 8-də Almaniyanın Köln şəhərində keçiriləcək IX qurultayında konqresin Məclisi ləğv ediləcək. Bu barədə çərşənbə axşamı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

DAK-ın qurultayında təşkilatın illik fəaliyyətinə dair hesabat dinləniləcək, Nizamnaməyə dəyişiklik ediləcək. Yeni nizamnaməyə görə, təşkilatın Məclisi ləğv ediləcək və həmin funksiya İdarə Heyətinə veriləcək. İdarə Heyəti eyni vaxtda həm qanunverici, həm də icraedici funksiyanı yerinə yetirəcək. DAK İdarə Heyətinin sədri həm də təşkilata rəhbərlik edəcək. DAK-ın digər rəhbər şəxsləri də İdarə Heyəti tərəfindən seçiləcək.

Qurultayda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycan Milli Məclisinin deputatları, ziyalılar iştirak edəcəklər.

Nazim İbrahimov jurnalistlərə açıqlamasında bildirib ki, Komitə yarandığı ilk vaxtlardan DAK-ın qurultaylarında təmsil olunub, bu quruma öz yardımını göstərib.

Qeyd edək ki, 1997-ci ildən fəaliyyət göstərən DAK indiyədək səkkiz qurultay və bir neçə beynəlxalq tədbir keçirib.

Xəbər lenti

Xəbər lenti