...

Azərbaycan və Avstriya turizm sahəsində mütəxəssislər hazırlanmasına dair əməkdaşlıq edəcəklər

Cəmiyyət Materials 4 İyul 2007 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. Trend K.Ramazanova/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Avstriyanın tətbiqi elmlər universiteti olan İMC Krems çərşənbə günü turizm sahəsində mütəxəssislərin birgə hazırlanması ilə bağlı müqavilə imzalayıblar. İnstitutun rektoru Cəfər Cəfərovun verdiyi məlumata görə, Azərbaycan Turizm İnstitutunun tələbələri (AİT) bu təhsil ocağının diplomu ilə yanaşı, Avstriyanın tətbiqi elmlər institutu olan İMC Krems-in diplomunu da alacaqlar.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin verdiyi məlumata görə, bu diplomlarla Azərbaycan tələbələri istənilən ölkədə turizm sahəsində çalışa bilərlər.

"Bu müqavilə təkcə iki universitet arasında deyil, həmçinin Avropa və Asiya arasında körpü rolu oynaya bilər" - deyə İMC Kerms-in prezidenti Heynz Bayer vurğulayıb.

Azərbaycan Turizm İnstitutu Azərbaycan prezidentinin sərəncamı ilə 2005-ci ildə yaradılıb. Bu təhsil ocağının məqsədi turizmin inkişafı məqsədilə mütəxəssislər hazırlamaqdır.

Xəbər lenti

Xəbər lenti