...

Gənc Tamaşaçılar Teatrı mövsümü bağlayır

Cəmiyyət Materials 10 İyul 2007 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /müx. "TrendLife" Eldar Hüseynzadə/ Gənc Tamaşaçılar Teatrı teatrlar arasında mövsümü ən sonda başa vuranlardan biridir və bunu yüksək səviyyədə etməyi bacarır. "TrendLife"ın verdiyi məlumata görə, iyulun 17-də teatr Səttarxan adına Mədəniyyət Sarayında "Yağış yağmır və yaxud arxadan atılan daş" adlı tamaşasını nümayiş etdirəcək. Tamaşanın rejissoru xalq artisti Ağaxan Salmanlıdır. Bu minvalla Gənc Tamaşaçılar Teatrı 89-cu mövsümü başa vuracaq.

Xəbər lenti

Xəbər lenti