...

BMT: Dünyada hər üçüncü qadın zora məruz qalır

Cəmiyyət Materials 12 İyul 2007 12:53 (UTC +04:00)

Dünyada hər üçüncü qadın kişilər tərəfindən fiziki zor və təhqirlərə məruz qalır, hər dəqiqə bir qadın doğuş zamanı həyatını itirir, 20 qadın ciddi ağırlaşmalarla üzləşir. Bu statistikanı Ümumdünya Əhali Günü münasibətilə müraciətində BMT-nin Azərbaycandakı Ofisində İctimai İnformasiya Departamentinin (BMT İİD / UN DPI) nümayəndəsi Envera Selimoviç qeyd edib.

"Bu sarsıdıcı həqiqətin səbəbinin mənbəyi dərin köklər salmış gender bərabərsizliyidir, qadınların həyatının yaxşılaşdırılması işinə kişilərin cəlb olunması vəziyyəti tam dəyişə bilər" - deyə BMT nümayəndəsi hesab edir.

"Ümumdünya Əhali Gününün builki mövzusu belədir: "Kişilər ana sağlamlığının qorunmasında tərəfdaş kimi". Bu bizə qadınların həyatında kişilərin iştirakını daha fəal olaraq genişləndirməyə imkan verəcək" - deyə Selimoviç qeyd edir.

Xəbər lenti

Xəbər lenti