...

Qrossmeyster Teymur Rəcəbov Bildə keçiriləcək turnirdə iştirak edəcək

Cəmiyyət Materials 12 İyul 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Bildə (İsveçrə) keçiriləcək ənənəvi beynəlxalq şahmat turnirində iştirak edəcək.

Trend ə məlum olub ki, dairəvi yarışda Rusiyadan Aleksandr Qrişuk, macar Yudit Polqar və bir çox məşhur şahmatçılar iştirak edəcək. Təşkilatçılar FIDE reytinqində ilk onluqda yer alan Rəcəbova da dəvətnamə göndəriblər və iyulun 19-da o, Bilə yola düşəcək.

Xatırladaq ki, bir neçə gün öncə, Rəcəbov Odessada sürətli şahmat üzrə "Pivdenny Bank Chess Cup" turnirində Qrişuku udmaqla üçüncü yerə sahib olub. Deməli, İsveçrədə Teymuru heç də pis oyun nümayiş etdirməyən rusiyalıya qarşı çətin oyun gözləyir.

Xəbər lenti

Xəbər lenti