...

Andre Ladaqa "Bakı" ilə müqaviləsini uzatdı

Cəmiyyət Materials 19 İyul 2007 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Braziliyalı yarımmüdafiəçi Andre Ladaqa Azərbaycan birinciliyinin bürünc mükafatçısı olan "Bakı" ilə müqaviləsini bir mövsüm uzadıb.

İstirahətdən qayıtdıqdan sonra futbolçu klub rəhbərliyi ilə danışıqlar aparıb və "Bakı"da daha bir il oynamaq qərarına gəlib. Komanda yoldaşı Leandro Qomeş də klubda qalmağı üstün tutub.

"Bakı" əsas vəzifəsini yerinə yetirib. Əsas vəzifə istedadlı Cənubi Amerika futbolçularının komandada qalmasına nail olmaq idi. Halbuki bu oyunçulara bir sıra paytaxt klubları, o cümlədən "Olimpik" göz dikmişdi.

Xəbər lenti

Xəbər lenti