...

Azərbaycanın boks yığması ya İran, ya da Dağıstandakı turnirdə iştirak edəcək

Cəmiyyət Materials 23 İyul 2007 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın boks üzrə yığması oktyabrda Çikaqoda keçirilməsi nəzərdə tutulan mundial öncəsi bir turnirdə iştirak edəcək.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin bildirdiyinə görə, bu günlərdə İrandan Tehrandakı beynəlxalq turnirdə iştirakla bağlı dəvət gəlib. "Bizim iki variantımız var. Ya avqustun ortalarında Tehrana yollanmaq, ya da sentyabrın əvvəlində Dağıstanda keçiriləcək yarışda iştirak etmək. Odur ki, yaxın zamanlarda yığma öz planlarını dəqiqləşdirəcək. Hələlik isə uşaqlar Kiyev və Minskdə keçirilən beynəlxalq turnirlərdən sonra dincəlirlər" - deyə o vurğulayıb.

Əbiyev həmçinin qeyd edib ki, komanda Kubadakı təlim-məşq toplanışından imtina edib və bu səbəbdən mundiala Azərbaycanda hazırlaşacaq.

Xəbər lenti

Xəbər lenti