...

Azərbaycanlı jurnalist rüşvət alması ilə bağlı ittihamı qəğul etmir

Cəmiyyət Materials 25 İyul 2007 17:52 (UTC +04:00)
Azərbaycanlı jurnalist rüşvət alması ilə bağlı ittihamı qəğul etmir

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynov ona qarşı rüşvət alması ilə bağlı irəli sürülən ittihamları qəbul etmir. Bu barədə çərşənbə günü Müşfiq Hüseynovla görüşdən sonra vəkili Vüqar Xasayev məlumat verib.

Vəkilin sözlərinə görə, jurnalist hadisəni özünə qarşı təxribat hasab edir. Xasayev qeyd edib ki, hazırda Nərimanov rayon Polis İdarəsində müvəqqəti saxlanma təcridxanasında saxlanılan Müşfiq Hüseynov bu gün dindirilib. O qeyd edib ki, jurnalistin səhhətində ciddi problemlər var. Müşfiq Hüseynov vərəm xəstəliyindən əziyyət çəkir və Saatlı rayonunda Vərəm Dspanserində qeydiyyatdadır. Bundan başqa, o, korbağırsaq xəstəliyindən də əziyyət çəkir.

Vəkilin sözlərinə görə, jurnalistin saxlanma şəraiti yaxşıdır. Müşfiq Hüseynov vəkilinə bildirib ki, saxlanılan zaman hər hansı zorakılığa məruz qalmayıb.

Xasayev qeyd edib ki, məsələ ilə bağlı istintaqı Respublika Prokururluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparır. Cümə axşamı Nəsimi rayon Məhkəməsində Müşfiq Hüseynovun məhkəməsi olacaq. Əgər jurnalist haqqında həbs qəti imkan tədbiri seçilsə, Müşfiq Hüseynovu Bayıl təcridxanasına göndərəcəklər.

Xasayein sözlərinə görə, jurnalist həbs olunan zaman ona dövlət tərəfindən vəkil təyin olunub. Sonradan jurnalist dövlət tərəfindən təyin olunan vəkildən imtina edib.

"Bizim Yol" qəzetinin əməkdaşı Müşfiq Tofiq oğlu Hüseynov iyulun 24-də günorta saatlarında xüsusi əməliyyat nəticəsində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həbs edilib. Respublika Prokurorluğunun məlumatına görə, Müşfiq Hüseynov vəzifəli şəxsdən 3500 ABŞ dolları məbləğində rüşvət alarkən yaxalanıb. Səbail rayon Məhkəməsi Müşfiq Hüseynovun üç ay müddətinə həbs olunması haqda qərar çıxarıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə cinayət işi qaldırılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti