...

Federasiyanın vitse-prezidenti: "Taekvando olimpiya oyunları proqramında qalmaqda davam edəcək"

Cəmiyyət Materials 27 İyul 2007 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Milli Federasiyanın birinci vitse-prezidenti Füzuli Musayev olimpiya oyunları proqramında şərq döyüş növünün perspektivləri barədə danışaraq bəyan edib ki, taekvando minimum 2012-ci ilə qədər olimpiya oyunları proqramında qalmaqda davam edəcək, buna görə də idmanın bu növünün olimpiya oyunları proqramından çıxarılması barədə danışmaq tez olardı.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı qərar hələ ötən il Beynəlxalq Olimpiya Komitəsinin Sinqapurda keçirilən sessiyasında qəbul olunub, bu səbəbdən də taekvandonun olimpaiya oyunları proqramında qalması və Olimpiada-2016-ya daxil edilməsi şansları kifayət qədər yüksəkdir.

"Pekində bu yaxınlarda keçirilən çempionatda müşahidəçi qismində çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin ekspertləri şahid oldular ki, şərq döyüşünün bu növü nə qədər məşhur və baxımlıdır. Digər bir müsbət cəhət isə odur ki, Olimpiya-2016-nın proqramının müəyyənləşdiriləcəyi BOK-un növbəti sessiyası 2009-cu ildə Kopenhagendə baş tutacaq. Məhz bu il Danimarkada taekvando üzrə dünya çempionatı keçiriləcək ki, bu da yerinə düşür" - deyə Musayev bildirib.

Xəbər lenti

Xəbər lenti