...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi şahid ifadələri ilə davam etdirilib

Cəmiyyət Materials 1 Avqust 2007 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin cinayət işi üzrə məhkəmə prosesi şahid ifadələri ilə davam etdirilib.

Prosesdə şahid qismində Mingəçevir Texniki Rezin Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Akif Həsənov ifadə verib. Sonra isə İqtisadi İnkişaf Nazirliyinin Səbail rayon şöbəsinin sabiq əməkdaşı, şahid Rövşən Məmmədovun "Prestij" mağazalar şəbəkəsinin Əziz Əliyev, 1 və Neftçilər prospekti, 103 və 105 ünvanlarında yerləşən dükanları ilə bağlı ifadəsi dinlənilib. Şahid ifadəsində dükanların fəaliyyətindəki qanunsuzluqlardan danışsa da, keçmiş iqtisadi inkişaf naziri şahidin dedikləri ilə razılaşmayıb. O, məhkəmənin nəzərinə çatdırıb ki, həmin obyektlərin icarəyə götürülməsi və fəaliyyəti zamanı qanunsuzluğa yol verilməyib.

Sonra məhkəmə prosesində F.Əliyevin müşaviri işləmiş İsmayıl Məsimovun bacısı oğlu, mülki cavabdeh Xəyal Şəmiyev ifadə verib. Bu şəxs Bakı şəhəri, Abbasəli küçəsi 17 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ətrafında danışıb. İttihama görə, həmin sahə F.Əliyevin göstərişi və hazırda həbsdə olan Məsimovun vasitəçiliyi ilə qeyri-qanuni şəkildə Şəmiyevin adına özəlləşdirilib.

Məhkəmə iclası şahid ifadələri ilə davam etdirilir.

Xəbər lenti

Xəbər lenti