...

AFFA FİFA-nın elektron ticarət sistemini tətbiq edir

İdman Materials 28 Yanvar 2012 09:00 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) futbol oyunlarına biletlərin onlayn-satışını təşkil etmək üçün FİFA-nın elektron ticarət sistemini tətbiq edir. Bu barədə cümə günü Trend-ə AFFA-dan bildiriblər.
AFFA FİFA-nın elektron ticarət sistemini tətbiq edir

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) futbol oyunlarına biletlərin onlayn-satışını təşkil etmək üçün FİFA-nın elektron ticarət sistemini tətbiq edir. Bu barədə cümə günü Trend-ə AFFA-dan bildiriblər.

Biletlərin onlayn-satışı yaxın iki ay müddətində başlayacaq və bunu AFFA-nın korporativ saytında həyata keçirmək mümkün olacaq.

Yeni sistemin üstünlüyü fərdi biletlərin əldə edilməsi imkanıdır. Alıcılar əvvəlcədən stadionun tribunasının bütün sektorlarından görünüş rakursuna baxmaqla öz istəyinə uyğun olaraq tribunada yer seçə bilər.

Biletlərin satış qiyməti kredit kartları vasitəsilə həyata keçiriləcək. FİFA-nın elektron ticarət sistemi qlobal xarakter daşıyır və bir çox ölkələrdə tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti